ANAMA Xızıda partlayış baş verən silah anbarında keçirdiyi əməliyyatla bağlı məlumat yayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Xızıda partlayış baş verən silah anbarında keçirdiyi əməliyyatla bağlı məlumat yayıb – FOTO

10:46 - 29 / 08 / 2017
ANAMA Xızıda partlayış baş verən silah anbarında keçirdiyi əməliyyatla bağlı məlumat yayıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə keçirilən təmizləmə əməliyyatları zamanı hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Stalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyatyanı sahəyə baxış keçirilib.

Keçirilmiş baxış zamanı 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 320 000 kv.m əraziyə yoxlanılıb.

Ümumiyyətlə, 2 gün ərzində 320 000 kv. m (32 ha) əraziyə baxış keçirilmiş, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Stalçay kəndləri ərazisində 259 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

Paylaş:
1557

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər