Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

11:27 - 29 / 08 / 2017
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. 

1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər  sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin  müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər  29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər. 

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

Babək Cahandarov

Paylaş:
725

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər