Azərbaycan və Qazaxıstan XİN-ləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qazaxıstan XİN-ləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

17:47 - 30 / 08 / 2017
Azərbaycan və Qazaxıstan XİN-ləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında mövcud yüksək səviyyədə əməkdaşlığın təməlini qoyduğunu bildirib.

Nazir, həmçinin diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini qeyd edib.

E. Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Qazaxıstan prezidenti Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü əsnasında verildiyini diqqətə çatdırıb.

Nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyin ifadə edib.

E. Məmmədyarov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Qazaxıstanın xarici işlər naziri K. Abdraxmanov Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddət ərzində Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib.

Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlğın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, nazir Qazaxıstan prezidenti Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.

P.Sultanova

 

Paylaş:
623

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər