Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

18:41 - 30 / 08 / 2017
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda rəsmi şəxslər, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, deputatlar, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər Günü münasibətilə təbrik məktubunu oxuyub. Məktubda türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirilib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib.

1news.az

Paylaş:
564

Son xəbərlər

“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11
Bütün xəbərlər