Pirşağıda 6 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirşağıda 6 otaqlı ev yanıb

20:08 - 30 / 08 / 2017
Pirşağıda 6 otaqlı ev yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonu, Pirşağı kəndində ümumi sahəsi 200 m2 olan 2 mərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 6 m2 sahədə və dəhlizin lambirindən ibarət tavanı 2 m2 sahədə yanıb.

Yanğından evin qalan hissələri mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
927

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər