Qəbələdə meşə zolağında yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə meşə zolağında yanğın söndürülüb

20:56 - 30 / 08 / 2017
Qəbələdə meşə zolağında yanğın söndürülüb

Qəbələdə meşə zolağında yanğın söndürülüb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avqustun 28-də Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar saat 17:00-da söndürülüb. Yanğınlar nəticəsində 3 ha ərazidə quru ağaclar və kol-kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, Aviasiya dəstəsinin yanğınsöndürmə helikopteri, Mülkü müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.

1news.az

Paylaş:
837

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər