Bakıda Avronest Parlament Assambleyası çərçivəsində konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Avronest Parlament Assambleyası çərçivəsində konfrans keçiriləcək

21:43 - 30 / 08 / 2017
Bakıda Avronest Parlament Assambleyası çərçivəsində konfrans keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin təşəbbüsü ilə Avronest PA çərçivəsində sentyabrın 22-də Bakıda “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Milli Məclisi, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda Avropa Parlamentinin və Avronest PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

1news.az

Paylaş:
868

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər