YARAT “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

YARAT “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir

10:19 - 30 / 08 / 2017
YARAT “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir

YARAT Müasir İncəsənət Mərkəzi ənənəvi olaraq artıq ikinci ildir ki, təşkil olunan “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir.

1news.az-ın verdiyi xəbərə görə, bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır.

Festivalda baş tutacaq bütün tədbirlər 3 yaşdan yuxarı uşaqları əhatə etməklə yanaşı onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub.

Festivalın proqramı:

- Üz rəngləmə - Sevimli Bala

- Uşaqlar üçün yoqa dərsi – The Art of Living

- Rəsm üzrə ustad dərsi – Narmina Bağırova, Qafar Rzayev

- VIVA Dessert tərəfindən xüsusi ustad dərsi

- Rəqs üzrə ustad dərsi – Emin Useynov, İlham Osmanov’s Dance and Art Studio

- Kollaj hazırlama üzrə ustad dərsi – Hatem Alizadə

- “Xatirələr yarat” adlı xüsusi ustad dərsi – Novruz Məmmədov

- İstifadə olunmuş əşyalardan art obyektlər yarat – Zemfira Azimova

- Rəqqasların çıxışı – Show Balet“NERO”

- Açıq havada “YALLI”rəqsi üzrə ustad dərsi - İlham Osmanov’s Dance and Art Studio

- Bulvar ərazisində “YALLI” rəqsi

Əgər siz də yeni dərsi ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəryirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur. Hər kəs 1-dən 3-ə qədər ustad dərsi üçün qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün (050) 246-92-92 nömrəsinə zəng edə bilərsiniz.

S.Xankişiyeva

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər