Siyəzəndə iki yük maşını toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə iki yük maşını toqquşub: ölən var

10:50 - 31 / 08 / 2017
Siyəzəndə iki yük maşını toqquşub: ölən var

Bu gün gecə saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
983

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər