“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir

16:54 - 01 / 09 / 2017
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilir

Sentyabrın 6-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.

1news.az-ın Təhsil nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir.

Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı musabiqe.edu.az saytından almaq mümkündür.

“Elektron Təhsil” Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bununla bağlı http://musabiqe.edu.az/news/14501/ linkinə daxil ola bilərlər.

Qeyd edək ki, müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

Babək Cahandarov

Paylaş:
902

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər