Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

11:45 - 02 / 09 / 2017
Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Müdafiə  naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.

1news.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

1news.az

Paylaş:
706

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər