Qubada 4 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 4 otaqlı ev yanıb

22:58 - 05 / 09 / 2017
Qubada 4 otaqlı ev yanıb

Qubada yanğın hadisəsi qeydə alınıb.

1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın rayonun Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 1.5 ton ot bağlaması və ümumi sahəsi 15 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

1news.az

Paylaş:
615

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər