Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

18:10 - 10 / 09 / 2017
Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Ağcabədi rayonunun Hüsülü kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
862

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər