Mübariz Əhmədoğlu: Yaxın Şərqdə milyonlarla xristian qaçqının taleyinin açarı Qarabağda 1 milyon köçkünün probleminin həllindədir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Yaxın Şərqdə milyonlarla xristian qaçqının taleyinin açarı Qarabağda 1 milyon köçkünün probleminin həllindədir

10:40 - 13 / 09 / 2017
Mübariz Əhmədoğlu: Yaxın Şərqdə milyonlarla xristian qaçqının taleyinin açarı Qarabağda 1 milyon köçkünün probleminin həllindədir

Moskvada dini liderlərin görüşünün təşəbbüskarı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətləri idi. Hörmətli Patriarx Kiril daim Azərbaycan və Ermənistan dini liderlərinin görüşü təşəbbüsünü irəli sürüb. Azərbaycanın dini lideri də erməni dini lideri ilə görüş təklifindən heç vaxt imtina etməyib. Əksinə, özü bu mövzuda daha təşəbbüskar çıxış edib. İndiki dövrdə Patriarx Kirlin təşəbbüsünün erməni tərəfindən inkar edilməməsinin əsas səbəbi V.Putinin regional sabitlikdə qətiyyətinin göstəricisidir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Moskvada dini liderlərin görüşü ilə bağlı açıqlmanı şərh edərkən bildirib:

“Kiril həzrətləri ilə V.Putinin isti münasibəti hamıya bəllidir. Amma təkcə bu deyil. Vatikanın birinci diplomatı Parolinin Moskvaya səfəri də Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün baş tutmasında vacib rol oynadı. Parolin Moskvaya səfəri ərəfəsində onun Moskvada bütün regional münaqişələri müzakirə edəcəyi anons edilmişdi. Vatikan Yaxın Şərqdə xristianların vəziyyətinin düzəldilməsində Rusiya dövlətinin rolunu sarsılmaz hesab edir. Ona görə Vatikan Yaxın Şərqdəki xristianların acınacaqlı vəziyyətini dəfələrlə Rusiyanın hökumət və dini nümayəndələri ilə yüksək səviyyədə müzakirə edib.

20 milyon nəfər hüdudlarında olan xristianların böyük əksəriyyəti Yaxın Şərq regionunu tərk edir. İraq, Suriya və Əfqanıstanda demək olar ki, xristian qalmayıb. Misirdən xristianların axını başlayıb. Livandan tək-tük axın istənilən anda iri miqrasiyaya keçə bilər. Ona görə Yaxın Şərqdəki vəziyyət Rus Pravoslav kilsəsi ilə Vatikanı bu mövzunu daim diqqətdə saxlamağı tələb edir. SSRİ dağıldıqdan sonra ilk ən iri müsəlman-xristian qarşıdurması Dağlıq Qarabağ münaqişəsi regionunda baş verib. Dağlıq Qarabağ münaqişəsi siyasi xarakterli olsa, ermənilər həmişə buna dini don geydiriblər. S.Sərkisyan Baş nazir posuunda ABŞ-da olarkən Ermənistanı xristianlığın cənubda ən son qalası adlandırdı. Ermənistan XİN-in koordinatorluğu ilə hazırlanan və xarici mətbuatda dərc olunan bütün yazılarda Ermənistanın xristianlığı qəbul edən ilk dövlət olması xüsusi vurğulanır. Bu həm də S.Sərkisyanın dilində sloqandır.

Politoloqun fikrincə,  Dağlıq Qarabağın xristian torpağı kimi göstərilməsi də ermənilər üçün adiləşib.

“Cənubi Qafqaz islam və xristian sivilizasiyalarının kəsişmə nöqtəsidir. Yaxın Şərqdəki dini qarşıdurma təməlini Cənubi Qafqazda ermənilərin başladığı müsəlman-xristian münaqişəsindən götürür. Ona görə də Yaxın Şərqdəki xristianların müsəlmanlarla barışığı prosesi də bünövrəsini Cənubi Qafqazdan ermənilərlə azərbaycanlıların barışmasından götürməlidir. Azərbaycanlılar Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın digər ərazilərində və hətta Ermənistanda ermənilərlə birlikdə yaşamağa hazırdır.

Ermənilərlə azərbaycanlıların uyuşmazlığı məsələsi faşist nəzəriyyəsinin müəllifi, Qarabağ klanının başçısı, eks-prezident R.Köçəryan və indiki prezident S.Sərkisyandır. Ermənilər xristianlıqdan həmişə sui-istifadə ediblər. O cümlədən konfliktlər ermənilərin qazanc yeridir. O baxımdan ermənilərin Ermənistanın nəyəsə bir şeyə razılıq verməsi inandırıcı görünmür. Bu isə Ermənistanın xristian dünyası qarşısında nüfuzunu itirməyə gətirib çıxaracaqdır. Amma 3 dini liderin görüşün yekununda qəbul etdiyi bəyannamədə əsas vurğunun Ermənistan və Azərbaycan xalqlarının çiyin-çiyinə yaşamasını vurğulaması da ötəri məsələ deyil”.

S.Xankişiyeva

Paylaş:
906

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər