“Indian Ocean” Azərbaycanda konsert proqramları ilə çıxış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Indian Ocean” Azərbaycanda konsert proqramları ilə çıxış edib

09:29 - 15 / 09 / 2017
“Indian Ocean” Azərbaycanda konsert proqramları ilə çıxış edib

Azərbaycanda qastrol səfərində olan Hindistanın ən qabaqcıl qrupu “Indian Ocean” (Hind Okeanı) Dənizkənarı Bulvarda konsert proqramı ilə çıxış edib.

Hindistanın Azərbycandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, “Indian Ocean” qrupunun üzvü Rahul Ram bu qrupun Hindistandan Azərbaycana qastrol səfəri etmiş ilk əsas qrup olduğunu vurğulayıb.

Qrup üzvləri Bakının gözəlliyi və insanların müsbət enerjisindən təsirləndiklərini qeyd ediblər. Onlar həmçinin, Azərbaycandakı musiqi dünyasını təqdir etdiklərini də ifadə ediblər.

“Indian Ocean” qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradıb və uğur qazanıb. Bəzi tənqidçilər “Indian Ocean”qrupunun musiqisini mənəviyyat, fəallıq, ətraf mühit, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.

 “Indian Ocean” musiqi qrupunun səfəri Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan  Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqi sevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət etdi.

Onlar həmçinin, Sumqayıt Dənizkənarı Bulvarında da canlı konsert proqramı ilə çıxış edəiblər.

Pərvanə Sultanova

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər