Mikayıl Cabbarov: Hər bir başlanğıc yeni imkandır | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: Hər bir başlanğıc yeni imkandır

09:25 - 15 / 09 / 2017
Mikayıl Cabbarov: Hər bir başlanğıc yeni imkandır

Təhsil naziri Mikayıl Cabbarov “Bilik günü” münasibətilə müəllimləri, tələbələri, şagirdləri və valideynləri təbrik edib.

1news.az-ın Təhsil Nazirliyinə istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.

Əziz müəllimlər, tələbələr və şagirdlər!

Hər bir başlanğıc yeni imkandır.

“Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər”.

S.Xankişiyeva

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər