Azərbaycan-Fransız Universitetinin yeni binasının açılış mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan-Fransız Universitetinin yeni binasının açılış mərasimi keçiriləcək

10:13 - 15 / 09 / 2017
Azərbaycan-Fransız Universitetinin yeni binasının açılış mərasimi keçiriləcək

Bu gün Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçiriləcək.

Fransanın Azərbaycandakı səfirliyindən 1news.az-a verilən məlumata görə,  mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət Kkatibi Jan-Batist Lemuan, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və İnnovasiyalar şöbəsinin baş direktoru Alen Berets mərasimdəiştirak edəcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondun prezidenti, əməkdar elm xadimi Bernar Menye, səfiri  Oreliya Buşez də tədbirə qatılacaq.

Bununla əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalayacaqlar. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaqdır.

2017/2018 tədris ili ərzində aşağıdakı dörd ixtisaslar üzrə bakalavr proqramı üzrə UFAZ 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaqdır) təhsil vermək niyyətindədir:  kimya mühəndisliyi; geofizika mühəndisliyi; kompüter mühəndisliyi; neft-qaz mühəndisliyi.

P.Sultanova

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər