Fransa nümayəndə heyəti Hava Məkanının Optimizasiyası Mərkəzi ilə tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransa nümayəndə heyəti Hava Məkanının Optimizasiyası Mərkəzi ilə tanış olub

16:48 - 16 / 09 / 2017
Fransa nümayəndə heyəti Hava Məkanının Optimizasiyası Mərkəzi ilə tanış olub

Azərbaycanda səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun bəzi obyektləri ilə tanış olub.

1news.az  xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fransanın "Thales" şirkəti tərəfindən inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi - Azerbaijan Airspace Supervision & Efficiency Centre (ASEC) ilə tanış olub.

Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilatı ilə birgə əməkdaşlıqda həyata keçirilir.

Qonaqlara məlumat verilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.

Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq ölkəmiz bütün regionda hava axınının təşkili işində mühüm rol oynayır. Öz növbəsində, ICAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.

Daha sonra fransalı qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən müasir tipli ikinci hava hərəkətini idarəetmə (HHİ) qülləsi ilə tanış olublar. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuaya məlumat verilib ki, qülləni S rejimini dəstəkləyən RSM970S radiolokatoru ilə Fransanın “Thales” şirkəti təchiz edib. Hava hərəkətinin idarəsi sahəsində bütün müasir tələblərə cavab verən radiolokatorla uyğunlaşdırılan yeni HHİ qülləsinin Avropada analoqu yoxdur. Qüllə Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxınlaşma zonasında və aeroportun manevr zonalarında hava gəmilərinin daha səmərəli idarə olunmasını təmin etməyə imkan verir.

“Heydər Əliyev Beynəlxalq Aeroportu məndə çox gözəl təəssürat yaratdı. Müasir tərzdə tikilmiş aeroportla, hava hərəkətini idarəetmə qülləsi ilə ətraflı tanış olduqda gördük ki, bu hava limanı bütün müasir aviasiya və texnoloji tələblərə cavab verir. Bu da Azərbaycanın dünyaya açılmasına və digər ölkələrlə əlaqələrini genişləndirməyə imkan verməklə yanaşı, ölkənin üstünlüyü hesab olunur”, - deyə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömua Azərbaycan jurnalistlərinə bildirib.

Fransa nümayəndə heyətini Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev müşayiət ediblər.

1news.az 

 

Paylaş:
608

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər