RİİB regionlarda könüllülük proqramına start verir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

RİİB regionlarda könüllülük proqramına start verir – FOTO

10:37 - 20 / 09 / 2017
RİİB regionlarda könüllülük proqramına start verir – FOTO

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülük proqramına start verir.

Proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

1news.az-a Fonddan verilən xəbərə görə, Regional İnkişaf İctimai Birliyinin fəaliyyətində iştirak etmək arzusunda olan və 17 yaşı tamam olan hər bir şəxs könüllü kimi qeydiyyatdan keçməklə proqrama qoşula bilər. (Qeydiyyat üçün link: https://goo.gl/Q8hysW)

Könüllülük proqramı oktyabrın 1-dən  başlayacaq və 3 ay davam edəcək. Proqramda iştirak üçün son qeydiyyat tarixi 24 sentyabr 2017-ci ildir.

Proqram çərçivəsində RİİB-in fəaliyyətinə qoşulan könüllülər üçün müxtəlif təlimlər təşkil olunacaq, onların iştirakı ilə bir sıra sosial layihələr həyata keçiriləcək, eləcə də daxil olan müraciətlərin araşdırılması, icrası, layihə təkliflərinin hazırlanması, analitik təhlillərin aparılması və digər istiqamətlərdə RİİB-in fəaliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyinin əsas məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, əhalinin ayrı-ayrı sahələrdəki problemlərini öyrənmək və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlinə nail olmaq, o cümlədən dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək göstərməkdir.

S.Xankişiyeva

Paylaş:
1032

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər