Havanın temperaturu Bakıda 33, rayonlarda 35 dərəcəyə qədər yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 33, rayonlarda 35 dərəcəyə qədər yüksələcək

12:24 - 21 / 09 / 2017
Havanın temperaturu Bakıda 33, rayonlarda 35 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz  35-40 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə  15-20, gündüz  30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər