İŞİD-dən azad edilən azərbaycanlı uşaqlara dövlət yardım edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İŞİD-dən azad edilən azərbaycanlı uşaqlara dövlət yardım edəcək

10:17 - 22 / 09 / 2017
İŞİD-dən azad edilən azərbaycanlı uşaqlara dövlət yardım edəcək

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan azərbaycanlı uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Komitədən verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyatı qurumlar iş aparır: “Bu işlər bizim səlahiyyətimizdən kənardır.

Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.

S.Xankişiyeva

Paylaş:
1022

Son xəbərlər

Bütün xəbərlər