Xaçmazda Amerika güşəsi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda Amerika güşəsi açılıb

15:08 - 27 / 09 / 2017
Xaçmazda Amerika güşəsi açılıb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz rayonuna səfər edib.

1news.az -a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə,  səfir Robert Sekuta Xaçmaz Mərkəzi Kıtabxanasında yerləşən Amerika güşəsinin açılışını edib. Diplomat çıxışında  güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olunub.

R.Sekuta və onun xanımı yerli şagirdlərlə görüşüb onların gələcək planları və güşənin proqramları barədə söhbət edib.

Amerika güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

 Gəncə Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/americancenterbaku/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617  nömrələrinə zəng edəsiniz.

P.Sultanova

 

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər