Bakıda dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb

12:02 - 27 / 09 / 2017
Bakıda dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb

Bu gün Bakıda Dünya Azərbaycanlıları Assambleyası (DAA) Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşdü.

1news.az-a DAA-nın mətbuat və informasiya xidmətindən verilən xəbərə görə, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirildi.

Bu görüşə Almaniyadan təşkilatın rəhbəri Rəşad Quliyev də skaypla qatılaraq iclasda iştirak etdi. İclasda  dünya azərbaycanlarının bugünki durumu, xaricdə fəaliyyət göstərən təşkilatlarımızın vəziyyəti və problemləri, ÜAK-ın qeydiyyatının ləğvi,  DAA fəaliyyətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuş konkret qərarlar qəbul edilib.

DAA təmsilçiləri ÜAK-ın qeydiyyatının ləğvi narahatedici məsələ olduğunu bildirdilər eyni zamanda bundan sonra Rusiya qurumları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub, məlum hadisəylə bağlı Rusiyada yaşayan həmvətənlərimizin ruhdan düşmədən bundan sonra da fəaliyyətlərinin intesivliyinə daha da ciddi yanaşmalarının vacibliyi vurğulanıb.

Bundan sonra atılacaq addımlarda ÜAK-ın yanında olduğumuzu bir daha  bəyan ediblər.

Daha sonra DAA Azərbaycan nümayəndəliyinin təqdimatıının keçirilməsi qərarlaşdırılıb.

DAA iclasında eyni zamanda Azərbaycanın dövlət orqanları ilə əlaqələrin gücləndirilməsi qərara alınıb. Bunun üçün yaxın günlərdə Diaspora Komitəsi rəhbəri Nazim İbrahimovla görüşərək gələcək əməkdaşlığı müzakirə etmək qərarını veriblər.

Sonda beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın gücləndirilməsi üçün dünyanın bir sıra beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşmək qərarı verildi.

S.Xankişiyeva

 

 

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər