Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

12:54 - 27 / 09 / 2017
Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 17-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
954

Son xəbərlər

Bütün xəbərlər