Bakı-Sumqayıt elektrik qatarı adam vurdu
Bakı sakini qatarın altında qalaraq həyatını itirib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 28-də saat 9 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində baş verib.
Belə ki, Bakı-Sumqayıt elektrik qatarı ilə Bakı şəhər sakini Məhərrəm Abbasov vurulub. Nəticədə M.Abbasov hadisə yerində ölüb.
Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
797