Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur

21:51 - 29 / 09 / 2017
Lənkəranda çayçılıq və sitrus bağçılıq təsərrüfatlarının yaradılması təşviq olunur

Sentyabrın 29-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Lənkəran rayonunun Darquba kəndində keçirib.

1news.az-ın məlumatına görə, işgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

 Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib.

 Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.

 Babək Cahandarov

Paylaş:
1062

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər