Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

12:42 - 01 / 10 / 2017
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində qanvermə aksiyası keçirilir.

1news.az Trend-ə istinadən xəbər verir ki, qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, o cümlədən, Allahşükür Paşazadənin ailə üzvləri, oğlu Məhəmməd Paşazadə və qardaşı Cavanşir Paşazadədə iştirak ediblər.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə bildirib ki, qanvermə aksiyaları səhər saat 7-dən başlayıb. İndiyə qədər respublika üzrə 1000-dən artıq insan qan verib.

Z.Əlimirzəyeva, qeyd edib ki, qan verən insanlar əvvəlcədən müayinə olunur, onların qan verib verə bilməyəcəyi müəyyən edilir və ondan sonra insanlardan qan götürülür.

İnstitut direktoru bildirib ki, indiyə qədər qan verən insanlar arasında halı pisləşən olmayıb.

Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.

Ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.

Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur.

1news.az

 

 

Paylaş:
535

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər