Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

13:55 - 02 / 10 / 2017
Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 3-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 3-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 13-16, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Babək Cahandarov

Paylaş:
639

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər