Metronun “Nizami” stansiyasında təmir başa çatıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “Nizami” stansiyasında təmir başa çatıb – FOTO

10:31 - 03 / 10 / 2017
Metronun “Nizami” stansiyasında təmir başa çatıb – FOTO

“Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.

1news.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi xəbərə görə, stansiyada bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb.

“Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi şair Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.

1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşüb. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edib. Buna görə təmirin birinci mərhələsində stansiyada hava axınının normal paylanmasına imkan verməyən maneələr aradan qaldırılıb. Hava dövriyyəsinin sürətini artırmaq üçün platformaaltı sahədə arakəsmələr dağıdılıb, kabel kollektorları təmizlənib, həmçinin hər iki platformanın dayanıqlığını artıran konstruktiv tədbirlər görülüb. Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlib, rəngləri solmuşdu.

Məlumata görə, stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmış, artıq öz funksiyasını yerinə yetirə bilmirdi və bu baxımdan pannoların dağılıb tökülmək təhlükəsi yarana bilərdi. Bunun qarşısını vaxtında almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə vaxtilə bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulub.

Burada da təmir mərhələli şəkildə aparılıb. Əvvəlcə pannoların və keçid tağlarının (pilonların) arxasındakı metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənib. Dayaq elementləri olan bu metal konstruksiyaların yenilənməsi ilə paralel olaraq pannoların bərpasına başlanılıb. Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.

Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılıb. Mozaik təsvirlərin üzərinə də elementlərin dayanıqlığını təmin edən maddə çəkilib. Sonrakı prosesdə mozaik təsvirlərin çatlamış, deformasiyaya uğramış və ya itmiş, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrin orijinallığı bərpa olunub. Onlar əsl kaşı daşından mozaika üçün bişirilmiş olan parçalarla əvəzlənib və bununla hər biri bir sənət əsəri olan pannolar tam bərpa olunub.

Artıq orta zal bütünlüklə mərmər üzlüklərlə üzlənib. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr bərpadan sonra xeyli dəyişilib. Pannoların altındakı yazılar isə latın qrafikalı Azərbaycan əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı qorunaraq saxlanılıb. Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib. İndi stansiyanın bədii-memarlıq tərtibatı “Durlum GmbH” şirkətinin quraşdırdığı korroziyaya davamlı özəl metal asma tavanla vahid kompozisiya təşkil edir. Beləliklə, “Nizami” stansiyası məsuliyyətli, çətin, lakin şərəfli əmək fədakarlığı nümunəsi ilə əvvəlki görkəminə qaytarılaraq, yaxınlaşmaqda olan yarıməsrlik yubiley ərəfəsində Bakı metropoliteninin şəhər sakinləri və onun qonaqlarına xüsusi ovqat yaradan daha bir töhfəsi olub.

Qeyd edək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.

Babək Cahandarov

Paylaş:
1642

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər