Əcnəbi tələbələr məktəblilərlə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbi tələbələr məktəblilərlə görüşüb – FOTO

20:53 - 04 / 10 / 2017
Əcnəbi tələbələr məktəblilərlə görüşüb – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdlərlə Azərbaycandan və Avropa İttifaqına (Aİ) üzv olan tələbələrin görüşü keçirilib. 

İdarədən 1news.az-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdləri ilə gənclər arasında dialoq yaratmaq, beynəlxalq əlaqələri genişləndirmək, təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparmaqdır.

Görüşlərdə Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlığı və mövcud imkanlar barədə söhbət açılıb. Həmçinin, Avropa İttifaqının dəyər və strukturu haqqında danışılıb, Aİ barədə gənclərin təəssüratları müzakirə edilib.

Müxtəlif mövzulara həsr olunmuş təqdimatlarla çıxış edən qonaqlar valideynlərin məktəb idarəetməsinə cəlb edilməsinin əhəmiyyətindən danışıblar.

Görüş zamanı şagirdlərin dil səriştəsinin artırılmasına xidmət edən layihələrdən də bəhs olunub. Xarici dillərin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər və beynəlxalq təcrübənin yerli arenada tətbiqi barədə səmərəli fikir mübadiləsi aparılıb.

Babək Cahandarov

Paylaş:
646

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər