Ucqar kənd müəllimindən maraqlı – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucqar kənd müəllimindən maraqlı – FOTO - VİDEO

09:55 - 04 / 10 / 2017
Ucqar kənd müəllimindən maraqlı – FOTO - VİDEO

Sabah 5 oktyabr, Azərbaycanda Müəllimlər Günü kimi qeyd ediləcək. Müəllim peşəsi haqda hər zaman saysız-hesabsız müdrik sözlər, minlərlə gözəl kəlamlar deyilib, yüzlərlə şeirlər yazılıb.

Misal üçün, Aristotelin müəllimi, qədim yunan mütəffəkiri Platon müəllim haqda:

“Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”.

Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”.

İslam Peyğəmbəri Məhəmməd bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb. Dahi şairimiz Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi.

L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.

Bəli, müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, onların bu günü-sabahı, gələcək həyatlarında yolgöstərəni, bələdçisidir. Müəllim təkcə özünün deyil, eyni zamanda hər bir şagirdinin taleyini yaşayır: onların sevinci ilə sevinir, kədəri, problemləri ilə birgə kədərlənir.

Müəllim haqda çox təriflər, çox sözlər yazmaq olar. Lakin təqdim edəcəyimiz video yuxarıda sadalanan müəllim keyfiyyətlərini özündə birləşdirir. Sosial şəbəkədə bir kənd müəlliminin maraqlı videosu yayılıb. Videoda ucqar dağ kəndində olmasına baxmayaraq peşəsini sevən, 45 dəqiqəlik dərsi gözəl xatirəyə çevirən müəllim əks olunub. Belə müəllimlərə baxdıqda insanın qəlbi fərəhlə dolur.

S.Xankişiyeva

 

Paylaş:
981

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər