Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərəcək

22:01 - 04 / 10 / 2017
Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Varşava Unviersitetinin rəhbərliyi arasında aparılan danışıqlar nəticəsində Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təsis edilməsinə dair razılıq əldə edilib.

Azərbaycanın Polşadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, əməkdaşlıq haqqında müqavilə cari ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənov və Varşava Universitetinin rektoru Marçin Palıs tərəfindən imzalanıb.

Mərkəz Polşada Azərbaycan tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadiyyatı və dilinə olan marağa cavab olaraq təsis edilmişdir və bu mövzuda təhsil proqramlarının keçirilməsini planlaşdırır.

Eyni zamanda Mərkəz tərəfindən elmi araşdırmalar nəticəsi olaraq elmi jurnalların nəşri, ictimai və akademik tədbirlərin təşkili, müəllim və tələbələrin Azərbaycanın təhsil və tədqiqat mərkəzləri ilə elmi mübadiləsi də nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
863

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər