Ölkə ərazisinə düşən yağıntının miqdarı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisinə düşən yağıntının miqdarı açıqlanıb

12:25 - 04 / 10 / 2017
Ölkə ərazisinə düşən yağıntının miqdarı açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 3-ü gündüzdən ayın 4-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi-Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.

Babək Cahandarov

Paylaş:
250

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər