SUP Akselerasiya Mərkəzi startaplar üçün növbəti “demo day” keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

SUP Akselerasiya Mərkəzi startaplar üçün növbəti “demo day” keçirəcək

10:30 - 05 / 10 / 2017
SUP Akselerasiya Mərkəzi startaplar üçün növbəti “demo day” keçirəcək

Hər mövsüm olduğu kimi, ənənəsinə sadiq qalan SUP Akselerasiya Mərkəzi, startaplar üçün növbəti “demo day”i 7 oktyabr tarixində keçirəcək.

Son seçim mərhələsində 3 startapı akselerasiya proqramına qəbul edən mərkəzin budəfəki "demo day"i yerli investor və mütəxəssislərin iştirakı ilə keçiriləcək.

Keçən qəbul mərhələsində SUP Akselerasiya Mərkəzinin proqramına qəbul olunan "D'arzi", "Propile", "Arzoom" startapları "demo day"də öz təqdimatlarını edəcəklər. Hər dəfə olduğu kimi, qonaq qismində çıxış edən startaplarla birlikdə bu "demo day"də 8 komanda çıxış edəcək.

7 oktyabr tarixində SUP Akselerasiya Mərkəzinin baş dəstəkçisi “ATL Tech” şirkətinin ofisində keçiriləcək təqdimatlar saat 10:00-da start götürəcək. Beləliklə, "SUP Demo Day"də iştirak edəcək komandalar:

  1. "Arzoom" - "Augmented reality" istifadəçiləri ilə marketoloqların qarşılaşdıqları problemləri "Argumented reality" texnologiyalarının köməkliyi ilə həll edən platforma.
  2. "Propile" - İstifadəçilrin qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdıran mobil tətbiq.
  3. "Finmarket" - Maliyyə portalı.
  4. "Obanatur" - Əhaliyə ekoloji kənd təsərrüfatı məhsulları təklif edən elektron-ticarət platforması.
  5. "Green Baku" - Azərbaycanda təkrar emal əsasında kağız materialları istehsal edən startap.
  6. "D'arzi" - Dərzilər ilə müştəriləri birləşdirən elektron platforma.
  7. "Ticket setup" - Biletlərin elektron satışını təklif edən platforma.
  8. "Automax" - Sürücülər üçün naviqasiya və digər texniki məlumatları cəmləşdirən cihaz.

 Ətraflı məlumat üçün Sup AkselerasiyaMmərkəzinin rəsmi və sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiz.

http://sup.az/

https://www.facebook.com/StartupAz/

Reklam hüququnda

Paylaş:
1474

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər