Goranboyda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kələk kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əmrahova Başxanım, onun bacısı 1992-ci il təvəllüdlü Əmrahova Gülnar və Gülnarın bir yaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Böyüklərin vəziyyəti normal, uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
1news.az
437