Anar Məmmədxanovun xanımının itini oğurladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Məmmədxanovun xanımının itini oğurladılar

12:55 - 09 / 10 / 2017
Anar Məmmədxanovun xanımının itini oğurladılar

Bakıda “Çau-Çau” cinsli it oğurlanıb.

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “Çau-Çau” cinsli iti bağ evinin qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovunhəyat yoldaşıdır.

Onu da bildirək ki, “Çau-Çau” cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.

Babək Cahandarov

Paylaş:
722

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər