“Xəzər Dəniz Gəmiçiliyi” sədrinə birinci müavin təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Xəzər Dəniz Gəmiçiliyi” sədrinə birinci müavin təyin olunub

16:03 - 10 / 10 / 2017
“Xəzər Dəniz Gəmiçiliyi” sədrinə birinci müavin təyin olunub

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərliyində yeni təyinat olub.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan prezidentinin 5 oktyabr 2017-ci il tarixli sərəncamı ilə Mübariz Cabbarov "Xəzər Dəniz Gəmiçiliyi" QSC sədrinin birinci müavini təyin edilib.

M.Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dövlət Dəniz Yolları Akademiyasını bitirib.

1989-1996-cı illərdə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləyib. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlib.

2004-2005-ci illərdə “BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləyib.

2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın “CMİ Offshore Ltd” şirkətinin Qazaxıstandakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiyadakı ofislərinin direktoru vəzifəsində çalışıb.

2017-ci ilin iyulundan "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləyib.

S.Xankişiyeva

 

Paylaş:
924

Son xəbərlər

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24
Bütün xəbərlər