TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

12:53 - 11 / 10 / 2017
TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.
 
TRT-nin Bakı təmsilçiliyindən 1news.az-a verilən məlumata görə, 3 ildir Azərbaycanda fəaliyyət göstərən Y. Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanalları vasitəsilə dünyaya çatdırıb. O, Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb.
 
Y. Arslan oktyabr ayında Türkiyəyə qayıdacaq.
 
TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M. Akkoç uzun müddət “TRT Avaz”ın kanal koordinatoru kimi fəaliyyət göstərib.

1news.az

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər