Xızıda 135 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 135 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO

10:14 - 13 / 10 / 2017
Xızıda 135 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 12-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Məşədi Həsən kəndi ərazisində 1 ferma ərazisinə və 1 əkin  sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 135 ədəd partlamamış hərbi sursat (PHS), 103 ədəd partlamış-yanmış mərmi qalıqları və 2497 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 712,000 kv.m (71.20 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 41 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 11 871 ədəd partlamamış hərbi sursat (PHS), 4 970 ədəd partlamış-yanmış sursat qalıqları və 32 125 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 45 418 328 kv.m (4 542 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

 

Paylaş:
484

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər