Neftin qiyməti artır
Dünya bazarlarında neftin qiyməti artır.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 faiz artaraq 52,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 faiz artaraq 57,89 dollar olub.
Babək Cahandarov
503