Bakıdan Şirvana aparılan məhkumlar qaçıb - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Şirvana aparılan məhkumlar qaçıb - ADLAR

10:07 - 23 / 10 / 2017
Bakıdan Şirvana aparılan məhkumlar qaçıb - ADLAR

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

1news.az APA-ya istinadla xəbər verir ki, məhkumlar Bakıdan qatarla Şirvana aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.

 Qaçan məhbusların adları məlum olub.Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

1news.az

Paylaş:
1304

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər