Famil Xəlilov: Prezidentin təbriki futbolçulara əlavə motivasiya verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Famil Xəlilov: Prezidentin təbriki futbolçulara əlavə motivasiya verəcək

1news Redaksiyası21:50 - Bu gün
Digər dillərdə oxuyun:РусскийEnglish
Famil Xəlilov: Prezidentin təbriki futbolçulara əlavə motivasiya verəcək

Azərbaycan Prezidenti İlham Əliyev U-15 futbol yığmasını təbrik edib, bu da futbolçular üçün əlavə motivasiya olub.

1news.az xəbər verir ki, bunu kollektivin baş məşqçisi Famil Xəlilov FIFA U-15 dünya çempionatı və festivalının açılış matçından sonra jurnalistlərə bildirib. Həmin oyunda Azərbaycan Timor-Leste komandasını 6:0 hesabı ilə məğlub edib.

Mütəxəssis bildirib ki, oyundan sonra dövlət başçısı onları təbrik edib: "Prezidentin təbriki futbolçulara əlavə motivasiya verəcək".

F.Xəlilov turnirin startında qazanılan iri hesablı qələbədən sonra sevincini ifadə edib.

"Birinci hissədə müəyyən çətinliklər yaşadıq. Sonra toparlandıq və haqq etdiyimiz qələbəni qazandıq. Qarşıda daha güclü komandalarla matçlar var", - deyə o əlavə edib.

Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan yığması oktyabrın 25-də saat 12:45-də Andorra ilə, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki matç Qovsan İdman Kompleksinin 10A meydançasında keçiriləcək. Oktyabrın 26-da Azərbaycan komandası saat 11:30-da İsrail yığması, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər