Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir 24-25 oktyabrda ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak edəcək.
Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
P.Sultanova
858