Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir

1news Redaksiyası11:11 - Bu gün
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinə sadiqdir.

Milli Gününüz mübarək!" – paylaşımda qeyd olunub.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər