“Maşın” şounun finalçıları bəlli oldu – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Maşın” şounun finalçıları bəlli oldu – VİDEO

11:02 - 23 / 10 / 2017
“Maşın” şounun finalçıları bəlli oldu – VİDEO

Ötən gecə əməkdar artist Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan “Maşın” realiti-şousunun növbəti buraxılışı baş tutub.

1news.az-ın məlumatına görə, final öncəsi 4 iştirakçıdan birinin – “Bozbash Pictures”in aktyoru İlkin Misgərlinin şəkli qutudan daha çox çıxdığı üçün o, tamaşaçılardan səs toplayamağa çalışıb.
İ.Misgərli səs toplayacağı təqdirdə müğənni Talıb Talehi oyundan kənarlaşdıracağını bildirib. 

Şounun sonunda açıqlanan səsvermənin nəticələrinə görə, “Bozbash Pictures”in aktyoru İlkin Misgərli 50 faizdən az səs topladığından yarışı tərk edib.

Beləliklə, əvvəllər ATV-də aparıcı olmuş Vüsalə Əlizadə, müğənnilər Xatun Əliyeva və Talıb Taleh finalda “Nissan” markalı maşın uğrunda mübarizə aparırlar.

Babək Cahandarov

Paylaş:
2121

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər