“Təzəpir” məscidinin qarşısında 360 yerlik avtomobil dayanacağı tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təzəpir” məscidinin qarşısında 360 yerlik avtomobil dayanacağı tikiləcək

13:06 - 24 / 10 / 2017
“Təzəpir” məscidinin qarşısında 360 yerlik avtomobil dayanacağı tikiləcək

2017-ci ilin 9 ayı ərzində yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyyatın hərəkəti bağlanıb, Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Azəravtoyol” ASC-nin hesabatında deyilir.

Məlumata əsasən, Nəriman Nərimanov və Abdulla Şaiq küçələri tamamilə yenidən qurulması imkan verib ki, “Statistika” dairəsi kimi tanıdığımız, daima avtomobil tıxacları yaranan dairəni ləğv edərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Bundan başqa, hesabat dövründə Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmədə ləğv edilib və bir az qabaqda - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.

Hesabatda deyilir ki, yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün “Təzəpir” məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12,6 min kvadratmetr sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.

Babək Cahandarov

Paylaş:
867

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər