Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub - VİDEO

12:32 - 24 / 10 / 2017
Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub - VİDEO

Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinlərinin səfər proqramı başa çatıb.

1news.az-a Fonddan verilən məlumata görə,  valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı qonaqlara Heydər Əliyev Muzeyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, Azərbaycan tarixi və incəsənəti barədə ətraflı məlumat verilib. Mərkəzdəki «Azərbaycan inciləri: tarixin axarında», «Kukla incəsənətdə», «Modernizm və Moda» sərgiləri də onlarda xoş təəssürat yaradıb.

Moskvalı qonaqlar üçün İçərişəhərə də gəzinti təşkil edilib. Burada onlar  Şirvanşahlar sarayına səfər edib, Qız Qalasının tarixi ilə tanış olublar.

Yeniyetmələr Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri ilə birlikdə müxtəlif dərnəklərə qatılıblar. Rəqs, musiqi, rəsm və digər sahələrdə məşğələlərdə iştirak ediblər.

Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzinə də səfər edib. Uşaqlar mərkəzin iş şəraiti,  heyvanlara qayğı üzrə görülən işlərlə tanış olublar.

Azərbaycana səfərlərinin sonunda isə Qubaya və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Moskvalı uşaqlar Quba Soyqırımı Memorial Kompleksinə gedib, Qubanın turizm məkanları ilə tanış olublar, Qobustan qayaüstü rəsmlərinin tarixi barədə məlumat alıblar.  Onlar Azərbaycana ilk səfərlərinin çox yaddaqalan olduğunu, belə gözəl məmləkətə yenidən gəlməyi arzuladıqlarını deyiblər.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin avqust ayında Bakının uşaq evlərinin sakinləri də Rusiya paytaxtında olublar.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu layihə isə uşaqların səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.

 

1news.az  

 

Paylaş:
885

Son xəbərlər

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18
Bütün xəbərlər