Mübariz Əhmədoğlu: Amerikalı həmsədrin variantında əvvəlcə ərazi qaytarılır, sonra Dağlıq Qarabağın statusu müəyyənləşdirilir
Amerikalı həmsədr Endryu Şefer Ermənistanın dövlət mətbu orqanı olan “Armenpress”ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vacib komponentlərini açıqlayıb.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Amerikalı həmsədr Endryu Şeferin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlmanı şərh edərkən bildirib:
ı. Gücün tətbiq edilməməsi məsələləri.
ıı. Ərazilərin qaytarılması.
ııı. Dağlıq Qarabağın statusu.
vı. Qaçqın və məcburi köçkünlərin problemlərinin hərtərəfli həlli.
E.Şeferə görə ABŞ-ın mövqeyi çox aydındır: Bu münaqişənin yeganə həlli beynəlxalq hüquqa güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların hüquqlarının bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə əsaslanan danışıqlardır. Şefferin bu bəyanatı həmsədrlər adından verilmiş bu vaxtadək bütün bəyanatların hamısından daha aydın, obyektiv və reallığa yaxındır.
Sələfi R.Hoqlanddan fərqli olaraq E.Şefer variantını fəaliyyətinin başlanğıcında açıqladı. Şefer variantını Helsinki yekun Aktının 3 məlum prinsipi əsasında hazırlayıb. Ehtimal ki, Yerevanın bu 3 prinsipə müsbət marağını da əsas götürüb. Açıqladığı variant praktiki tənzimləmənin başlanmasına imkan yaradan variantdır. Bu da Azərbaycanın xeyrinədir”.
Politoloqun fikrincə, Şeferin variantında:
“1. Laçın koridoru və sülhməramlıların yerləşdirilməsi barədə heç bir fikir yoxdur. Sülhməramlı mövzusu Ermənistan tərəfindən həmişə siyasiləşdirilib. Bu mövzuda İrana qərəzli məlumatlar ötürülüb.
Eləcə də Ermənistan istənilən anda sülhməramlıqda RF-ə müstəsna səlahiyyət verməklə Azərbaycanla RF arasında gərginlik yarada bilərdi. Şeferə görə Laçın koridoru və sülhməramlı mövzuları arxa plana keçirilə bilər. Bunlar ciddi siyasi əhəmiyyətli məsələlər deyil.
2. Gücün tətbiq edilməməsi maddəsini birinci yerə qoyub:Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi güc olmamalıdır. Reallıqda bu işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması anlamındadır.
3.Ərazilərin qaytarılması dedikdə Laçın və Kəlbəcər də daxil olmaqla bütün ətraf ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutduğunu ehtimal edirik. Diqqətdən kənarda qala bilməyən iki nüans var. ı. Azərbaycan Laçın ərazisindən ermənilərin hərəkəti üçün təhlükəsiz ərazi vermək öhdəliyi götürür. ıı.Ermənilər aprel döyüşləri zamanı Azərbaycanın DQMV daxilində işğaldan azad etdiyi ərazilərin geri qaytarılmasını tələb edə bilərlər. Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının qaytarılmasın da maneçiliyin olmayacağı təqdirdə bu ərazilərin DQMV-yə qaytarılmasına baxa bilər.
4.Dağlıq Qarabağın statusla bağlı iki maddə birləşdirilib. Bu yalnız Dağlıq Qarabağın struktur və funksionallaşmasının sonadək modelləşdirilməsi zamanı mümkündür. Bu halda Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması və statusun müəyyənləşməsində iştirakı dəqiq müəyyənləşdirilir. Dağlıq Qarabağın statusu bu vaxtadək bütün sənədlərdə iki maddə ilə göstərilib. Əvvəlcə Dağlıq Qarabağ ermənilərinə aralıq və ya müvəqqəti status verilir. Bu status ATƏT-də qeydiyyatdan keçir. Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaradılır. Sonra hüquqi gücə malik yekun status müəyyən olunur. Hər halda ətraf ərazilərin Azərbaycana qaytarılması Dağlıq Qarabağ ermənilərinin, o cümlədən Ermənistanın və dünya erməniliyinin davranışına təsir edəcəkdir.
5.Qaçqın və məcburi köçkünlərin problemlərinin hərtərəfli həlli Ermənistan və Azərbaycan üçün tamam fərqli parametrlərdir. 300-400 min erməni, 10 milyonluq çoxmillətli və polikonfessional Azərbaycan heç bir keyfiyyət dəyişikliyi yaratmayacaq. Ermənilərin Azərbaycan ərazisində kompakt məskunlaşdırmaqla terror təhlükəsinin profilaktikasını təmin etmək olar Təxminən bu qədər azərbaycanlının 3 milyonluq monoetnik və monokonfessional Ermənistana qayıtması bu dövlətdə keyfiyyət dəyişikliyi yaradır. Çünki əhalinin 10 faizdən çoxu azərbaycanlı olur. Ermənistan monoetnik və monokonfessionallığını itirir”.
M.Əhmədoğlunun sözlərinə görə, erməni xalqının xəmirinin şübhədən yarandığını əlavə etsək, reallığın necə olacağını təsvir etmək olar.
“Bu kontekstdən Şeferin “Armenpress”ə verdiyi müsahibəsindən Vyana və Sankt-Peterburq razılaşmaları tamam fərqli prizmadan görünür. Monitorinq missiyası və monitorinq qurğuları Ermənistan-Azərbaycan sərhədində və DQMV ətrafında müvəqqəti olaraq yerləşdirilə bilər”.
S.Xankişiyeva