Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb

13:05 - Bu gün
Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb

Güclü yağışlar nəticəsində gələn sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb. Təbii fəlakət nəticəsində torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

Yerli sakinlər, eləcə də Yol İstismarı İdarəsi və bələdiyyə nümayəndələrinin bildirdiyinə görə, hazırda ərazidə intensiv yağıntılar davam edir. Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər