Ölkədə 43 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə 43 cinayətin üstü açılıb

Qafar Ağayev10:47 - Bu gün
Ölkədə 43 cinayətin üstü açılıb

Martın 27-də ölkə ərazisində qeydə alınan və əvvəlki dövrlərdən bağlı qalan cinayətlərin bir hissəsinin açılması təmin edilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən gün ərzində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin üstü açılıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər